22/02/2019
13:50
3296
| A A A
FİFA Chelsea-nı cəzalandırdı

FİFA Chelsea-nı cəzalandırıb.

Goal.az The Sun-a istinadən xəbər verir ki, London klubu qarşıdakı 2 transfer pəncərəsində heyətinə yeni futbolçu əlavə edə bilməyəcək.

London klubu gənc futbolçularla bağlı transfer qaydalarını pozmaqda günahlandırılırdı. Qitə futbol qurumu londonluların 18 yaşlı oyunçularla bağladığı 100 müqaviləni araşdırdıqdan sonra "zadəganlar"ı cəzalandırıb. Klubun müxtəlif yaşda olan 29 futbolçunu qanunsuz şəkildə transfer etdiyi aşkarlanıb.

Klub təqribən 530 min avro məbləğində cərimələnib. Qadağa qadın və futzal kollektivləri istisna olunmaqla, Chelsea-nın bütün komandalarına şamil olunur.

Qeyd edək ki, qərar hələ qüvvəyə minmədiyindən Chelsea rəhbərliyi apellyasiya şikayəti verə, daha sonra isə İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edə bilər.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
3079 səs