03/03/2019
11:10
2992
| A A A
“O istəmirsə, bir şey edə bilmərik” – Qvardiola

Manchester City-nin baş məşqçisi Xosep Qvardiola, futbolçusu İlkay Gündoğan haqda açıqlama verib.

Goal.az xəbər verir ki, İngiltərə mətbuatına danışan Qvardiola, alman futbolçuyla yeni müqavilə imzalamaq istədiklərini deyib:

“İlkaya təklifimizi etmişik. Nə istədiyimizi, onun haqqında nə düşündüyümüzü yaxşı bilir. Ancaq son qərarı özü verəcək.

İlkayla danışmağa çalışırıq. Müqaviləsinin müddətini artırmaq istəyirik. Ancaq o istəmirsə, bir şey edə bilmərik.

İlk mövsümdə 6-7 dəfə zədələndi deyə, oynaya bilmədi. Ancaq indi yaxşı formadadır və komandanın əsas üzvlərindən birinə çevrilib. Nələr olacağını gözləyirik. Danışıqlar davam edir”.

İlkay Gündoğanın Manchester City ilə 2020-ci ilə qədər müqaviləsi var.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16948 səs