03/03/2019
13:30
2100
| A A A
De Xea ikiqat maaş tələb edir

Manchester United-in qapıçısı David De Xea maaşının ikiqat artırılmasını istəyir.

Goal.az The Telegraph-a istinadən xəbər verir ki, 28 yaşlı qolkiper yalnız bu halda “qırmızı şeytanlar”la yeni müqavilə bağlamağa razıdır. İspaniyalı futbolçu klubdan çilili forvard Aleksis Sançesdə olduğu qədər - illik 29,12 milyon avro əmək haqqı tələb edib.

De Xeanın Manchester United-lə müqaviləsinin müddəti bu ilin iyununda başa çatır. Onun hazırkı məvacibi illik 14,57 milyon avro təşkil edir.

Qeyd edək ki, David De Xea Manchester United-ə 2011-ci ilin yayında Atletico-dan 25 milyon avroya keçib.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
3079 səs