03/03/2019
14:17
2389
| A A A
Manchester City-də yeni müqavilə

Manchester City fransalı futbolçusu Elyakim Manqala ilə müqavilə müddətini uzadıb.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “şəhərlilər” 28 yaşlı futbolçu ilə yeni müqavilə imzalayıb. Manqala ilə imzalanan yeni müqavilənin müddətinin 2020-ci ilədək olduğu bildirilir.

Manchester City-nin heyətində şans qazanmaqda çətinlik çəkən futbolçu, bu mövsüm əsas komandanın heyətində meydana çıxmayıb.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16948 səs