06/03/2019
10:46
5434
| A A A
Chelsea “dikbaş” qapıçını göndərir

Chelsea-nın qolkiperi Kepa Arrisabalaqa mövsümün sonunda klubu tərk edə bilər.

Goal.az El Confidencial nəşrinə istinadən xəbər verir ki, klubun sahibi Roman Abramoviç qapıçının satılması üçün göstəriş verib. Arrisabalaqanın “dikbaşlığı” rusiyalı iş adamının xoşuna gəlməyib.

Xatırladaq ki, Manchester City ilə İngiltərə Liqa Kubokunun finalında oyunsonrası penaltilərdə Chelsea-nın baş məşqçisi Maurisio Sarri qapıçını əvəzləməkistəyib. Lakin ispan imtina edib və meydandan çıxmayıb. Kepa London klubuna 2018-də Athletic Bilbao-dan keçib. Futbol tarixinin ən bahalı qapıçısı sayılır. Transferinə 80 milyon avro xərclənib.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
3079 səs