06/03/2019
14:36
1492
| A A A
Poçettino 2 oyunluq cəzalandı

İngiltərə Futbol Assosiasiyası Tottenham-in baş məşqçisi Maurisio Poçettinonu 2 oyunluq cəzalandırıb.

Goaı "Sky Sports"a istinadən xəbər verir ki, buna səbəb 47 yaşlı mütəxəssisin Premyer Liqanın XXVII turunda "Burnley ilə görüşdə baş hakim Mayk Dinlə mübahisə etməsidir. Argentinalı məşqçi bu davranışına görə 10 min funt sterlinq məbləğində cərimə də ödəməli olacaq.

Poçettino növbəti turlarda SouthamptonLiverpool-la görüşlərdə texniki zonada əyləşə bilməyəcək.

Qeyd edək ki, London təmsilçisi həmin görüşdə Burnley-ə səfərdə 1:2 hesabı ilə uduzub.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16864 səs