08/03/2019
15:38
2351
| A A A
UEFA Manchester City-ni araşdıracaq

UEFA Manchester City ilə bağlı araşdırmalara başlayıb.

Goal.az xəbər verir ki, İngiltərə klubu Maliyyə Fair-Play-ı qaydalarını pozduğu üçün Avropa futbol qurumunun hədəfinə tuş gəlib.

Bununla bağlı Almaniyanın "Der Spiegel" dərgisinin ortaya çıxardıı faktlardan sonra UEFA hərəkətə keçib və araşdırmalara başlayıb.

UEFA-dan bildirilib ki, qurumun araşdırma komissiyası hazırda klubun maliyyə sənədlərini yoxlayır. Avropa mətbuatı araşdırmaların sonunda Manchester City-nin avrokuboklardan kənarlaşdırıla biləcəyini yazıb.

İngiltərə klubu isə iddiaları təkzib edir: "UEFA-nın maliyyə məsələləri ilə bağlı ittişamları yalnışdı. Klubun maliyyə hesabatları tamamilə qaydasındadır".

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16949 səs