09/03/2019
16:18
4651
| A A A
Sulşer Mourinyonun maaşının yarısını alacaq

Joze Mourinyonun istefaya göndərilməsindən sonra müvəqqəti olaraq Manchester United-in baş məşqçi postuna gətirilən Ole-Qunnar Sulşerlə bağlı son qərar verilib.

Goal.az Mirror-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” mövsümün sonunda norveçli mütəxəssislə müqavilə imzalayacaq. O, klubda illik 9 milyon avro qazanacaq.

Yeri gəlmişkən, bu, Mourinyonun məvacibinin yarısıdır. Portuqaliyalı mütəxəssis Manchester United-də 18 milyon avro qazanırdı.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5670 səs