11/03/2019
09:55
1071
| A A A
“Hakim videotəkrara baxsa səhv etdiyini görəcək” - Sulşer

Manchester United-in baş məşqçisi Ole-Qunnar Sulşer komandasının Arsenal-a məğlubiyyətini (0:2) şərh edib.

Goal.az xəbər verir ki, çalışdırıcı qol vəziyyətlərindən yararlana bilmədiklərini deyib. “Oyuna ləng başladıq. Komandam yorğun görünürdü. Qol vəziyyətimiz çox oldu. Yararlana bilmədik. Sona qədər mübarizə aparmadıq. Bəzən gözləmədiyin nəticə ilə razılaşmaq məcburiyyətində qalırsan. Qapımıza təyin edilən penaltiyə təəssüfləndim. Düzgün qərar deyildi. Hakim videotəkrara baxsa səhv etdiyini görəcək. Belə epizodlarda penalti verilmir”, - Sulşer bildirib.

Qeyd edəkki, matçın 68-ci dəqiqəsində hakim Manchester United-in qapısına penalti təyin edib. Pyer-Emerik Obameyanq fürsəti qaçırmayıb.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
3079 səs