24/03/2019
13:30
2515
| A A A
Anri Premyer Liqanın ən yaxşısı seçildi

Arsenal-ın və Fransa millisinin sabiq üzvü Tyeri Anri İngiltərə Premyer Liqa tarixinin ən yaxşı legioner futbolçusu seçilib.

Goal.az “BBC”yə istinadən xəbər verir ki veteran hücumçu azarkeşlər arasında keçirilən sorğuda 45 faiz səslə birinci olub.

Manchester United-in sabiq üzvü, hazırda Juventus-da çıxış edən Kriştiano Ronaldo (14 faiz) 2-ci, Manchester United-in digər sabiq futbolçusu Erik Kantona (12 faiz) isə 3-cü olub.

Qeyd edək ki, Anri 1999-2007-ci illərdə London klubunda çıxış edib. 258 oyuna 175 qol vuran keçmiş hücumçu 2 dəfə İngiltərə çempionu olub.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
15675 səs