06/04/2019
17:00
6354
| A A A
Salahdan yeni rekord

Liverpool ötən gün İngiltərə Premyer Liqasının 33-cü turu çərçivəsində səfərdə Southampton-u 3:1 hesabıyla məğlub edib.

Goal.az xəbər verir ki, sözügedən qarşılaşmada Liverpool-un hücumçusu Məhəmməd Salah yeni rekorda imza atıb. Komandasının 2-ci qolunu vuran misirli futbolçu Premyer Liqada 50-ci qoluna imza atıb.

Salah Liverpool formasıyla Premyer Liqada 50 qol vurmağı ən tez bacaran futbolçu ünvanını qazanıb. O, buna 69-cu oyununda nail olub. Salahdan əvvəl Premyer Liqada 50 qol səddinə ən tez çatan Liverpool-lu Fernando Torres idi. İspan hücumçu 72-ci Premyer Liqa matçında 50-ci qoluna imza atmışdı.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22738 səs