07/04/2019
13:52
2065
| A A A
Transfer etməyən klub menecerlərə 11 milyon avro ödəyib

İngiltərənin Premyer Liqa klublarının menecerlərə ödədiyi pullar açıqlanıb.

Goal.az xəbər verir ki, 1 yanvar 2018-ci ildən 31 yanvar 2019-cu ilədək heç bir transfer etməyən Tottenham-in menecerlərə 11 milyon funt-sterlinq ödəməsi müzakirələrə səbəb olub.

"The Sun"un məlumatına görə, London klubunun menecerlərə bu qədər pul ödəməsinin səbəbi bəzi futbolçularla müqavilələrin müddətinin uzadılması olub. Belə ki, Tottenham son bir ildə Harri Keyn, Dele Alli, Erik Lamela, Davinson Sançes aə Son Heunq-minlə yeni müqavilə bağlayıb. Bu səbəbdən menecerlərə 11 milyon 141 min 255 funt-sterlinq ödəniş edilib.

Qeyd edək ki, 1 yanvar 2018-ci ildən 31 yanvar 2019-cu ilədək Premyer Liqa klubları menecerlərə 260 milyon avro ödəyib. Liverpool siyahıda birinci olub - 43,7 milyon funt-sterlinq. İkinci pilləni tutan Chelsea menecerlərə 26,8, üçüncü yerdə qərarlaşan Manchester City 24,1, dördüncü yeri tutan Manchester United 20,7 milyon funt-sterlinq verib. İlk "beşliy"i 19,1 milyon funt-sterlinqlə Everton qapayıb.

Menecerlərə 11,1 milyon avro xərcələyən Arsenal və Tottenham isə 8-9-cu pillələri bölüşüb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22746 səs