07/04/2019
14:48
2201
| A A A
100 milyon funt-sterlinqlik üzr

İngiltərə Premyer Liqasını tərk edəcək klublardan biri Fulham olacaq. Watford-a 1:4 hesabı ilə yenilən London təmsilçis gələn mövsüm Çempionşip-də çıxış edəcək.

Komandanı mövsüm ərzində 3 mütəxəssis - Slavişa Yokanoviç, Klaudio Ranyeri və Skott Parker çalışdırıb. Bu mövsüm 15 transfer edən rəhbərlik bunun üçün 100 milyon funt-sterlinq ödəyib. Lakin bütün bunlar komandanın xilası üçün yetərli olmayıb.

Goal.az xəbər verir ki, Fulham-in prezidenti Şahid Xan komandanın Premyer Liqanı tərk etməsi rəsmiləşəndən sonra azarkeşlərdən üzr istəyib: "Sizi xəyal qırıqlığına uğratdığımız üçün üzr istəyirik. Bu nəticənin olacağını avqustda düşünə bilmədik və səhvlərimizi aradan qaldırmaq üçün ümidsizcə bir həmlə etdik. Amma nəticə ürəkaçan olmadı".

Qeyd edək ki, Pakistan mənşəli amerikalı iş adamının 6,8 milyard dollar sərvəti var.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
15677 səs