10/04/2019
17:00
3496
| A A A
Hazard yeni müqavilə təklifini rədd etdi

Chelsea-nin aparıcı futbolçusu Eden Hazard komandasını dəyişməkdə israrlıdır.

Goal.az xəbər verir ki, yarımmüdafiəçi London klubu ilə növbəti dəfə ortaq məxrəcə gəlməyib.

Məsələ burasındadır ki, Real Madrid-in heyətinə qatmaq istədiyi oyunçuya "zadəganlar" yeni müqavilə təklifi ediblər. Lakin Hazard növbəti dəfə "yox" cavabını verərək, Real-a keçmək niyyətini ortaya qoyub. İngilislər isə onu 100 milyon funt-sterlinqdən ucuz qiymətə satmaqda maraqlı deyil.

Qeyd edək ki, Eden Hazardın Chelsea ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22738 səs