18/04/2019
15:00
2266
| A A A
Reşford yeni müqaviləyə razılaşmadı

Manchester United-in hücumçu Markus Reşfordla yeni müqavilə imzalamaq istəyi növbəti dəfə baş tutmayıb.

Goal.az-ın məlumatına görə, "qırmızı şeytanlar"ın budəfəki təklifi də gənc forvardı qane etməyib.

21 yaşlı oyunçunun bunun üçün bəzi şərtləri var. İlk növbədə o, həftəlik 80 min funt-sterlinq olan məvacibinin 200 minə yüksəldilməsini istəyir. İngiltərə millisinin üzvü eyni zamanda komandanın əsas hücumçusu olacağı ilə bağlı təminat tələb edir. Onun son vaxtlar məşqlərdə davranışı isə məşqçilər korpusunun ürəyincə deyil. Hücumçunun tez-tez narazılıq bildirməsi, tapşırıqlara barmaqarası yanaşmasını da yeni sözləşmə dönəminin sürətlənməsi üçün edildiyi vurğulanır.

Onun transferində maraqlı olan komanda isə Barcelona-dır.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
15675 səs