20/04/2019
18:40
1631
| A A A
Tottenham-in yeni mövsüm planı bəlli oldu

Çempionlar Liqasında Manchester City-ni mübarizədən kənarlaşdıraraq yarımfinala vəsiqə qazanan Tottenham-də yeni mövsümün planları bəlli olub.

Goal.az xəbər verir ki, London təmsilçisinin baş məşqçisi Maurisio Poçettino komandanın heyətini yeniləmək niyyətindədir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Poçettino, Harri Keyn, Kristian Eriksen, Dele Alli, Tobi Alderveyreld kimi futbolçuların komandadan ayrılacağı ehtimalına qarşı, rəhbərlikdən onların mövqelərinə yeni futbolçuların transfer edilməsini istəyir. Tottenham eyni zamanda, Denni Rouz, Viktor Vanyama, Fernando Lorente ilə də yollarını ayıracaq.

Rəhbərlik Poçettinoya yayda 60 milyonluq transfer büdcəsi və satılan futbolçulardan gələn gəliri ayıracaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22743 səs