21/04/2019
14:51
1705
| A A A
Poçettino üçün 180 milyon avroluq büdcə

Çempionlar Liqasında Manchester City-ni mübarizədən kənarlaşdıraraq, yarımfinala yüksələn Tottenham növbəti mövsüm üçün transfer büdcəsini müəyyənləşdirib.

Goal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, son iki transfer dövründə futbolçu keçidi reallaşdırmayan London klubu, bu dəfə böyük büdcə ayırıb. Belə ki, komandanın baş məşqçisi Maurisio Poçettino, cari mövsümün sonunda 180 milyon avroluq transferlər edə biləcək.

Tottenham-in bu məbləğ sayəsində komandaya 5 futbolçu cəlb edə biləcəyi deyilir.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22738 səs