24/04/2019
10:21
10827
| A A A
EPL tarixinin ən erkən qolu vuruldu

Futbol üzrə İngiltərə Premyer Liqasının XXXI turundan təxirə salınan Watford - Southampton matçında yeni rekord qeydə alınıb.

Goal.az-ın məlumatına görə, Southampton-un futbolçusu Şeyn Lonq Premyer Liqa tarixinin ən erkən qoluna imza atıb. 32 yaşlı hücumçu qarşılaşmanın 7-ci saniyəsində fərqlənib.

Bundan əvvəlki göstərici isə Tottenham-in sabiq futbolçusu Ledli Kinqə məxsus idi. İngiltərəli müdafiəçi 2008-ci ildə Bredford-la matçın 9-cu saniyəsində qol vura bilib.

Oyun isə 1:1 hesabı ilə yekunlaşıb.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
15675 səs