24/04/2019
15:20
8623
| A A A
Liverpool-da Salah-Klopp krizi

Liverpool-un lideri Məhəmməd Salah mövsümün sonunda komandanı tərk edə bilər.

Goal.az AS nəşrinə istinadən xəbər verir ki, misirli futbolçu baş məşqçi Yurgen Kloppla yola getmir. Nəşr son vaxtlar cütlük arasında soyuqluğun yarandığını və Salahın bu səbəbdən ayrılmaq istədiyini iddia edir. Hətta ulduz futbolçunun rəhbərliklə görüşərək istəyini onlara çatdırdığı da vurğulanıb. Lakin "qırmızılar" onu yalnız astronomik məbləğ qarşığında satmağa razıdır. Salahın keçidində maraqlı olanlardan biri Real-dır.

Qeyd edək ki, bu mövsüm bütün turnirlərdə 22 qol, 10 assistlə yadda qalan Məhəmməd Salahın Liverpool-la müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22440 səs