25/04/2019
16:22
1515
| A A A
Manchester City və Qvardioladan rekord göstərici

Manchester City İngiltərə Premyer Liqasının 31-ci turundan təxirə salınmış oyunda Manchester United-i məğlub edib.

Goal.az “Opta”ya istinadən xəbər verir ki, 2:0 hesabıyla qələbə qazanan “şəhərlilər” yeni rekorda imza atıb. "City" bu mövsüm bütün turnirlər daxil olmaqla 157 qol vurub. Bu, “şəhərlilər”in klub tarixində bir mövsümdə vurulan ən çox qoldur. Bundan əvvəlki rekord 156 qolla, 2013/14 mövsümündə qeydə alınmışdı.

Qvardiolanın rəhbərlik etdiyi kollektiv ardıcıl 3 mövsümdür ki, Premyer Liqada Manchester United-i səfərdə məğlub edir. İspan mütəxəssisdən əvvəl heç kim bunu bacarmayıb.

Manchester City turnir cədvəlində 89 xalla birinci, Liverpool isə 88 xalla 2-ci sırada qərarlaşıb.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
15677 səs