12/05/2019
20:21
2742
| A A A
Manchester City Premyer Liqanın çempionu oldu

İngiltərə Premyer Liqasında 2018-2019 mövsümünün qalibi müəyyənləşib.

Goal.az-ın məlumatına görə, son turda səfərdə Brighton-a 4:1 hesabı ilə qalib gələn Manchester City xallarının sayını 98-ə çatdıraraq, liderliyini qoruyub və ardıcıl 2-ci, ümumilikdə isə 6-cı dəfə çempion olub. "Şəhərlilər"in ən yaxın izləyicisi Liverpool isə evdə Wolverhampton-u 2:0 hesabı ilə məğlub etməsinə baxmayaraq, liderdən 1 xal geri qalıb və gümüş medallarla kifayətlənib.
Mövsümü 72 xalla başa vuran Chelsea 3-cü, 71 xallı Tottenham isə 4-cü olub. Beləliklə, Manchester City və Liverpool-la yanaşı, bu iki London klubu da Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə əldə ediblər.

Londonun digər təmsilçisi Arsenal 70 xalla mövsümü 5-ci pillədə bitirib və Avroliqanın qrupunda oynamaq hüququ qazanıb. 66 xalı olan Manchester United isə 6-cı yerlə kifayətlənib. "Qırmızı şeytanlar" gələn mövsüm Avropa Liqasında mübarizəyə təsnifat mərhələsindən başlayacaq.

Qeyd edək ki, Cardiff City, Fulham və Huddersfield isə Premyer Liqanı tərk ediblər.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34131 səs