13/05/2019
16:31
7052
| A A A
Liverpool-u çempion etməyən ilk
İngiltərə Premyer Liqasında mövsüm yekunlaşıb. 
 
Goal.az xəbər verir ki, Manchester City 98 xal toplayaraq ardıcıl ikinci dəfə çempionluğu qeyd edib. 
 
97 xal toplayan Liverpool isə mövsümü ikinci pillədə başa vurub. "Qırmızılar" çempion ola bilməsə də, tarixə düşüb. Belə ki, Yurgen Kloppun yetirmələri Premyer Liqada 90-dan çox xal toplayan, amma çempion ola bilməyən ilk klub olub. 
 
Liverpool cari mövsümdə cəmi bir dəfə məğlub olub. Komanda Çempionlar Liqasının finalında Tottenham-lə üz-üzə gələcək.
Xatırladaq ki, Liverpool 1990-cı ildən bəri çempion ola bilmir. 

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22175 səs