24/05/2019
18:24
2925
| A A A
“Şəraitləri idealdır, Bakıya özəl təyyarədə uçacaqlar” – Venger

Arsenal-ın sabiq baş məşqçisi Arsen Venger hesab edir ki, Avropa Liqasının final oyunun Bakıda keçirilməsi komandalar üçün çətinlik yaratmayacaq.

Goal.az “The Telegraph”a istinadən yazır ki, fransalı mütəxəssis qeyd edib ki, Arsenal və Chelsea ideal şəraitdə yaşayırlar: “Onların futbolçuları səfərlərə özəl təyyarə ilə uçurlar, biznes-klass kreslolarında otururlar”. 

Venger hesab edir ki, finalın Bakıda olması yalnız azarkeşlərə təsir göstərəcək: “Onlar üçün bu, kiçik kabus kimi olacaq”.

Mxityaryan məsələsinə də toxunan Venger qeyd edib ki, müasir futbolda siyasi məsələlərə yol verilməməlidir. 

Xatırladaq ki, Avropa Liqasının finalı mayın 29-da Bakıda keçiriləcək. Britaniya mediasının yazdığına görə, bir çox ingilis fanat Londonla Bakı arasında məsafənin uzaqlığı səbəbindən finalın Azərbaycan paytaxında keçirilməsindən narazı qalıblar.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33192 səs