25/05/2019
14:23
1573
| A A A
Newcastle United-in azarkeşinə sərt cəza verildi

Newcastle United klubunun irqçilik edən azarkeşi ilə bağlı yekun qərar açıqanıb.

Goal.az xəbər verir ki, mayın 4-də İngiltərə Premyer Liqası çərçivəsində keçirilmiş Liverpool-la ev oyununda rəqib komandanın bəzi futbolçularına qarşı irqçi şüarlar səsləndirməsi sübuta yetirilən Maykl Kollins adlı fanat haqqında sərt cəza qəbul olunub.

Məhkəmə sözügedən şəxsin qarşıdakı 5 il ərzində heç bir stadiona buraxılmamasına qərar verib. Bundan əlavə, Kollins 550 funt-sterlinq də cərimə olunub.

Newcastle rəhbərliyi isə həmin azarkeşlə bağlı daha sərt qərar çıxarıb. Klub rəhbərliyi onun St. James Park arenasına girişinə ömürlük qadağa qoyub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17615 səs