31/05/2019
11:33
27903
| A A A
Liverpool ÇL finalına bir gün qalmış Kloppla müqaviləni ləğv etdi

Liverpool-un baş məşqçisi Yurgen Klopp klubda istədiyi qədər qala bilər.

Goal.az xəbər verir ki, klub rəhbəri Tom Vernerin sözlərinə görə, baş məşqçi ilə əvvəlki müqavilə ləğv olunub. Alman mütəxəssislə onun istədiyi şərtlər altında yeni müqavilə isə yaxın günlərdə imzalanacaq.

Klopp cari mövsümdə "Enfild"də ən yaxşı mövsümünü keçirib. Liverpool İngiltərə Premyer Liqasında 1 xal fərqi ilə çempionluğu əldən qaçıraraq, gümüş medallara sahib çıxıb və UEFA Çempionlar Liqasında finala yüksəlib. Klopp ümid edir ki, Premyer Liqa titulu əldən çıxsa da, komanda onun rəhbərliyi altında ilk kuboku qazana biləcək.

Liverpool finalda məğlub olsa belə, alman məşqçi klubun Premyer Liqada və Avrokuboklarda ciddi və möhtəşəm irəliləyişini gözləyir.

Xatırladaq ki, Çempionlar Liqasının Tottenham-lə Liverpool arasında Madriddə keçiriləcək final oyunu sabah saat 23:00-da başlayacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33188 səs