05/06/2019
13:30
4742
| A A A
Liverpool-da iki rəsmi ayrılıq

Liverpool klubu iki futbolçusu ilə vidalaşdığını açıqlayıb.

Goal.az xəbər verir ki, Liverpool hücumçusu Daniel Starric və sol cinah müdafiəçisi Alberto Moreno ilə yolları ayırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Hər iki futbolçu ilə müqavilənin müddəti başa çatdığı üçün onlar azad agent kimi İngiltərə təmsilçisini tərk ediblər.

Starric Liverpool-a 2013-cü ildə Chelsea-dən transfer edilmişdi. O, bu komandada bütövlükdə 160 oyuna çıxıb, 68 qola imza atıb, 26 məhsuldar ötürmə müəllifi olub. Sevilla-dan alınan Moreno isə 2014-cü ildən çıxış edirdi. O, İngiltərə klubu ilə 141 oyuna çıxıb, 3 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33190 səs