08/06/2019
18:01
2264
| A A A
Manchester United-də iki ayrılıq

Manchester United iki futbolçusu ilə yolları ayırıb.

Goal.az xəbər verir ki, Premyer Liqa nəhəngində müdafiəçi Antonio Valensiya və yarımmüdafiəçi Ander Errera ilə başa çatan müqavilənin müddəti uzadılmayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Əvəzində yarımmüdafiəçi Xuan Mataya yeni müqavilə təklif olunub.

Qeyd edək ki, Valensiya 2009, Herrera isə 2014-cü ildən MU-də çıxış edirdi.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17041 səs