11/06/2019
15:15
3735
| A A A
Mourinyo üçüncü dəfə Chelsea-ni çalışdıra bilər

Joze Mourinyo 3-cü dəfə Chelsea-ni çalışdıra bilər.

Goal.az-ın İngiltərə mətbuatına istinadən verdiyi xəbərə görə, "zadəganlar" portuqaliyalı mütəxəssislə danışıq aparır.

London təmsilçisinin hazırkı baş məşqçisi Mauritsio Sarri Juventus-a keçə bilər. İtaliyalı mütəxəssisin vətəninə dönməsi reallaşarsa, Mourinyo ilə müqavilə məsələsi müzakirə olunacaq. 56 yaşlı çalışdırıcının meneceri Londonda klub rəhbərliyi ilə görüşüb.

Mourinyo ilə yanaşı, Frank Lempard, Massimiliano Alleqri, Erik ten Haq, Nunu Santu və Xavi Qarsiya da namizədlər sırasındadır.

money.az currency