17/06/2019
17:51
3267
| A A A
Lempard Chelsea-ə şərt qoydu

Derby County-nin baş məşqçisi Frenk Lempard Chelsea-ni çalışdırmağa razılıq verib.

Goal.az xəbər verir ki, 40 yaşlı məşqçi London klubunun sahibi Roman Abramoviçin qarşısına şərt qoyub. Sabiq Chelsea-li rusiyalı biznesmendən ən azı 2 il istefaya göndərilməməsini istəyib. Abramoviç isə bu şərtlə razılaşıb. Komanda 2 il ərzində uğursuz çıxış etsə belə, Lemparda toxunulmayacaq.

Yaxın günlərdə bu təyinatın rəsmən açıqlanacağı bildirilir. Lempard Chelsea-də bu gün Juventus-a baş məşqçi təyin edilən Mauritsio Sarrini əvəzləyəcək.

Qeyd edək ki, İngiltərə millisinin sabiq üzvü 13 il – 2001-2014-cü illərdə “zadəganlar”da çıxış edib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
21941 səs