05/07/2019
15:51
1743
| A A A
Koku Lempardı əvəzlədi - RƏSMİ

Derby County-nin yeni baş məşqçisi məlum olub.

Goal.az xəbər verir ki, Çempionşip təmsilçisi Filip Kokuya tapşırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 48 yaşlı holland mütəxəssislə 4 illik müqavilə imzalanıb.

Derby County-ni son olaraq Frenk Lempard çalışdırıb. Lempard, bir müddət əvvəl Chelsea ilə 3 illik müqavilə imzalayıb.

Xatırladaq ki, Kokunun son iş yeri Fenerbahçe olub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
21943 səs