17/07/2019
10:25
9665
| A A A
Premyer Liqanın reqlamentində mühüm dəyişiklik

İngiltərə Premyer Liqasının reqlamentində dəyişiklik edilib. 

Goal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, yeni mövsümdən komandaların xalları bərabər olacağı təqdirdə, şəxsi oyunlardakı nəticələrə üstünlük veriləcək. Buna qədər Premyer Liqada top fərqinə əsasən turnir cədvəlindəki yerlər müəyyənləşdirilirdi.

2011-12 mövsümündə Mançester şəhərinin təmsilçiləri eyni xala malik olsalar da, top fərqinə görə, "City" çempion elan edilmişdi.

Premyer Liqanın yeni mövsümündə, FİFA-nın iyundan tətbiq etdiyi 7 yeni qayda da tətbiq olunacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27572 səs