20/07/2019
11:04
2287
| A A A
Qrizmana görə Barcelona-ya intizam işi açıldı

İspaniyanın Kral Futbol Federasiyası (RFEF) fransalı hücumçu Antuan Qrizmanın Atletico Madrid-dən Kataloniya klubuna keçidi ilə bağlı Barcelona-ya qarşı intizam işi açıb.

Goal.az xəbər verir ki, Qrizmann Atletico Madrid-dən Barcelona-ya iyulun 12-də 120 mln. avroya keçib.

Sonradan Madrid klubu bəyanatla çıxış edərək bildirib ki, Barcelona fransalı hücumçu ilə 2018-ci ildən danışıqlar aparıb və Qrizmanının Madrid klubunun rəhbərliyi ilə təzminat miqdarının azaldılması barədə razılıq əldə etməsinə təsir göstərib.

Sonradan xəbər yayılıb ki, Atletico futbolçunun mart ayında Kataloniya klubu nümayəndələri ilə apardığı danışıqlara dair sübutlara malikdir.

Madrid klubu Barcelona-dan futbolçuya görə ilkin təzminat məbləğinə daxil olan daha 80 mln. avro tələb edəcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27781 səs