04/08/2019
19:21
1831
| A A A
Makelele Chelsea-yə qayıtdı

Chelsea daha bir əfsanəvi futbolçusunu geri qaytarıb. 

Goal.az xəbər verir ki, London təmsilçisinin sabiq yarımmüdafiəçisi Klod Makelele bu klubun futbol akademiyasında fəaliyyətə başlayıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 46 yaşlı Makelele təyinatı ilə bağlı açıqlama da verib: “Evə döndüyüm üçün çox şadam. Bu klub mənə çox şey verdi. İndi bunun qarşılığını vermək zamanıdır. Chelsea-nin gənc oyunçularına gələcək karyeralarında yardım etmək istəyirəm. Yeni işimə başlamaq üçün səbrsizlənirəm”.

Qeyd edək ki, Makelele karyerasını bitirdikdən sonra PSG və Swansea City klublarında köməkçi-məşqçi, Bastia və Eipen-də baş məşçqi kimi çalışıb. Fransa millisində 71 oyun keçirmiş Klod, 2003-2008-ci illər aralığında formasını geyindiyi Chelsea-dən başqa Nantes, Marseille, Celta, Real Madrid və PSG-də də çıxış edib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27794 səs