Qvardiola sarı vərəqə ilə tarixə düşdü
Manchester City-nin çalışdırıcısı Pep Qvardiola İngiltərə Premyer Liqa klublarının baş məşqçiləri arasında sarı vərəqə alan ilk mütəxəssis olub.
Goal.az-ın məlumatına görə, bu, İngiltərə superkuboku uğrunda keçirilən Liverpool-a qalib gəldikləri oyunda (əsas vaxt - 1:1, penaltilər seriyası - 5:4) baş verib. Epizodların birindən sonra 41-ci dəqiqədə baş hakim Martin Atkinsonun qərarına şərt şəkildə etiraz edən 48 yaşlı çalışdırıcı sarı vərəqə ilə cəzalandırılıb.
Xatırladaq ki, İngiltərə Premyer Liqası rəhbərliyi 2019/2020 mövsümündən etibarən hakimlərə onlara etiraz edən məşqçilərə sarı və qırmızı vərəqə ilə cəzalandırmaq hüququ verib.
Noyabrın ən yaxşı futbolçusu?
PEYMAN BABAYİ
DAVİT VOLKOV
RİÇARD QADZE
JOZEF MONROZ