10/08/2019
10:48
2669
| A A A
Liverpool-da ciddi itki

Liverpool-un əsas qapıçısı Alisson Bekker Chelsea ilə qarşılaşacaqları UEFA Super Kuboku matçında iştirak etməyəcək.

Goal.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Yurgen Klopp Premyer Liqanın ilk turunda evdə Norwich-i 4:1 hesabı ilə məğlub etdikləri görüşdən sonra məlumat verib.

Klopp deyib ki, 26 yaşlı qolkiperin zədəsinin ciddiliyini qiymətləndirməlidirlər: "Əlbəttə ki, bu bizim üçün çox xoşagəlməzdir. Alisson oyunu davam etdirə bilmədi. O, Super Kubok oyununda meydanda olmayacaq. Artıq bu dəqiqdir".

Qeyd edək ki, avqustun 14-də İstanbul şəhərindəki “Vodafon Arena”da keçiriləcək UEFA Super Kuboku Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
7177 səs