01/09/2019
11:00
974
| A A A
West Ham-də 6 illik müqavilə

West Hem klubu yarımmüdafiəçisi Manuel Lansini ilə müqavilənin müddətini uzadıb.

Goal.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.

Argentinalı futbolçu ilə 4+2 illik müqavilə imzalanıb. Yeni müqavilənin müddəti 2023-cü ilin yayına qədərdi. Amma klub istəsə, bu müddəti daha 2 il artıra biləcək.

Argentina yığmasına da dəvət alan Lansini, River Plate-in yetirməsidi. O, bir müddət Fluminense və Al-Jazeera klublarında da forma geyinib. 26 yaşlı hücumameylli yarımmüdafiəçi West Hem-də 2015-ci ildən forma geyinir.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33742 səs