02/09/2019
14:52
2146
| A A A
Qvardioladan həssas davranış - FOTO

İngiltərə Premyer Liqasının 4-cü turunun Brighton-la matçına (4:0) Manchester City-nin baş məşqçisi Pep Qvardiola qolunda qara sarğı ilə çıxıb.

Goal.az xəbər verir ki, bununla da o, bir neçə gün əvvəl həmkarı Luis Enrikenin 9 yaşında dünyasını dəyişən qızı Ksananın xatirəsinə ehtiramını ifadə edib. Luis Enrike övladının 5 ay sümük xərçəngindən əziyyət çəkdikdən sonra vəfat etdiyini bildirib.

Qeyd edək ki, L.Enrike qızının xəstəliyi səbəbindən ötən ilin yayından çalışdırdığı İspaniya millisindən bu ilin iyun ayında ayrılıb.