21/09/2019
13:00
1710
| A A A
Mane Liverpool-da ən yüksək məvacibli futbolçu ola bilər

Liverpool hücumçusu ilə yeni müqavilə imzalamaq niyyətindədir.

Goal.az xəbər verir ki, “qırmızılar” keçən mövsümün noyabr ayında müqaviləsini uzatdığı Sadio Mane ilə yeni sözləşmə imzalamaq istəyir. Mersisayd təmsilçisi seneqallı futbolçu ilə 2023-cü ilədək nəzərdə tutulmuş müqavilənin müddətini 2025-ci ilədək uzatmağı planlaşdırır. Mane yeni müqavilə təklifini qəbul edəcəyi təqdirdə, həftəyə 250 min avro qazanaraq, komandanın ən yüksək məvacibli futbolçusu olacaq.

Qeyd edək ki, 2016-cı ildən Liverpool-un şərəfini qoruyan 27 yaşlı futbolçu, cari mövsümdə keçirdiyi 7 oyunda 6 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36032 səs