Villian 300-ə çatdı
Chelsea Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda Lille-i məğlub edib.
Goal.az xəbər verir ki, 2:1 hesabıyla bitən görüş “zadəganlar”ın futbolçusu Villian üçün əlamətdar olub. Belə ki, braziliyalı yarımmüdafiəçi Chelsea forması ilə 300-cü oyununu keçirib. O, həm də, Lille qarşısında komandasına qələbə qazandıran qolun müəllifi olub.
2013-cü ildən Chelsea-də forma geyinən Villian, iştirak etdiyi 300 oyunda 54 qol vurub və 53 məhsuldar ötürmə edib.
Noyabrın ən yaxşı futbolçusu?
PEYMAN BABAYİ
DAVİT VOLKOV
RİÇARD QADZE
JOZEF MONROZ