06/10/2019
15:18
1467
| A A A
Tottenham-də ciddi itki

İngiltərə Premyer Liqasının 8-ci turu çərçivəsində Brighton-a 3:0 hesabı ilə məğlub olan Tottenham ciddi itki ilə üzləşib.

Goal.az xəbər verir ki, London klubunun qapıçısı Uqo Lloris zədələnib. Oyunun 9-cu dəqiqəsində dirsəyindən zədələnən futbolçu, meydanı erkən tərk edib. Futbolçunun vəziyyəti və sağalma müddəti ilə bağlı məlumatın növbəti həftə olacaq həkim müayinəsindən sonra dəqiqləşəcəyi bildirilir.

İngiltərə mətbuatı fransalı qolkiperin qolunun çıxdığını və futbolçunun azı iki ay yaşıl meydanlardan kənarda qalacağını bildirir.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
7180 səs