07/10/2019
12:53
1423
| A A A
Manchester United-dən son 30 ilin ən uğursuz startı

İngiltərə Premyer Liqasının VIII turunda Newcastle-la qarşılaşan Manchester United növbəti məğlubiyyətini alıb - 0:1.

Goal.az xəbər verir ki, "qırmızı şeytanlar" son 3 görüşdə cəmi 1 xal qazana bilib.

Ole Qunnar Sulşerin yetirmələrinin qələbəsiz oyunlar seriyası 5-ə çatıb (3 heç-heçə, 2 məğlubiyyət). "Mankunianlar" Premyer Liqanın 8 turunda 9 xal toplayıb və hazırda 12-ci pillədə qərarlaşır.

Bu isə 1989-90 mövsümündən bəri ən uğursuz startdı. Komanda 30 il əvvəl ilk 8 turda 8 xal toplamış və mövsümü 13-cü pillədə tamamlamışdı.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
35940 səs