07/10/2019
20:00
2352
| A A A
Salah Manchester United-lə oyuna çıxacaq?

İngiltərə Premyer Liqasının VIII turunda Leicester-lə görüşdə zədələnən Liverpool-un lideri Məhəmməd Salahın durumuna aydınlıq gəlib. 

Goal.az xəbər verir ki, jurnalist Ceyms Pirsin misirli hücumçunun vəziyyətinin gözlənildiyi qədər qorxulu olmadığını açıqlayıb.

Qarşılaşmanın son dəqiqələrində zədələnərək əvəzlənən ulduz futbolçunun topuğundakı problemin ciddi olmadığı aşkarlanıb. Ancaq onun Manchester United-lə növbəti tur matçında oynayıb-oynamayacağı dəqiq deyil.

Xatırlada ki, Manchester United - Liverpool oyunu oktyabrın 20-də keçiriləcək.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
7177 səs