09/10/2019
11:21
3460
| A A A
Mourinyo Premyer Liqaya qayıda bilər

Joze Mourinyo karyerasını yenidən İngiltərədə davam etdirə bilər.

Goal.az “Daily Mail”a istinadən xəbər verir ki, 56 yaşlı portuqaliyalı mütəxəssisin Tottenham-ə rəhbərlik etmək ehtimalı var. Klub idarəçiləri komandanın hazırkı baş məşqçisi Maurisio Poçettinonu istefaya göndərəcəyi təqdirdə, əsas namizəd qismində Mourinyonu görürlər.

Ötən mövsüm Çempionlar Liqasının finalçısı olan “Tottenhem” hazırda İngiltərə Premyer Liqasında 8 oyundan 11 xalla 9-cu sıradadır. Poçettinonun London təmsilçisi ilə 2023-cü ilin yayına qədər müqaviləsi var.

Qeyd edək ki, ötən ilin dekabrında uğursuz nəticələrlə əlaqədar Manchester United-in baş məşqçi postundan kənarlaşdırılmış Mourinyo İngiltərənin Chelsea klubunu da çalışdırıb. O, daha əvvəl Porto (portuqaliya), İtaliyada İnter (İtaliya), Real Madrid (İspaniya) klublarını çalışdırıb.

Millinin biabırçı nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
1265 səs