01/11/2019
18:32
3136
| A A A
Reşford Ronaldonu keçdi

Manchester United-in hücumçusu Markus Reşfordun 22 yaşı tamam olub.

Goal.az xəbər verir ki, İngiltərə Liqa Kubokunda Chelsea ilə qarşılaşmada dubl edən gənc oyunçu göstəricisini yaxşılaşdırıb.

Belə ki, İngiltərə millisinin üzvü klub karyerasında qollarının sayını 52-yə çatdırıb. O, buna 184 görüşdə nail olub. Reşford hazırda Juventus-un formasını geyinən Kriştianu Ronaldoya məxsus rekordu yeniləyib.

2003-2009-cu illər ərzində "qırmızı şeytanlar"ın formasını geyinmiş portuqaliyalı oyunçunun 22 yaşı tamam olanda aktivində 47 qol var idi. Reşford isə ondan 5 top çox vurub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39459 səs