06/11/2019
16:10
921
| A A A
Arsenal-da yeni kapitan

Bir müddət əvvəl azarkeşlərlə qalmaqal yaşayan Arsenal-ın futbolçusu Qranit Cakanın kapitanlığı əlindən alınıb.

Goal.az xəbər verir ki, bu barədə “topçular”ın baş məşqçisi Unay Emeri Avropa Liqasının qrup mərhələsinin Vitoria ilə oyunundan əvvəl keçirilən mətbuat konfransında deyib. Emeri, Cakanın artıq kapitan olmadığını bildirib. Arsenal-da yeni kapitan Pyer-Emerik Obameyanq təyin olunub.

Caka Arsenal-ın Vitoria ilə qarşılaşacağı oyunun heyətinə daxil edilməyib.

Bu gün keçiriləcək Vitoria – Arsenal oyunu saat 19:50-da start götürəcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39459 səs