12/11/2019
12:15
3375
| A A A
Sterlinq yığmanın heyətindən çıxarıldı

İngiltərə millisinin futbolçusu Rahim Sterlinq AVRO-2020-nin seçmə mərhələsində Montoneqro ilə keçiriləcək oyunun iştirakçıları sırasından kənarlaşdırılıb.

Goal.az xəbər verir ki, səbər 25 yaşlı hücumçunun yığmadakı komanda yoldaşı Co Qomeslə dalaşmasıdır. Manchester City-nin heyətində İngiltərə Premyer Liqasının ötən turunda Liverpool-a səfərdə 1:3 hesabı ilə uduzduqları görüşdə 22 yaşı müdafiəçi ilə mübahisə edən Sterlinq bunu yığmanın düşərgəsində də davam etdirib.

O, əlbəyaxa olduğu Qomesin boğazından tutub. Nəticədə baş məşqçi Qaret Sautqeyt Sterlinqi yığmadan kənarlaşdırıb. Lakin futbolçunun adı Monteneqro ilə qarşılaşmanın rəsmi iştirak ərizəsində saxlanılacaq.

Sautgeyt qərarı bütün komandanın razılığı ilə qəbul etdiyini bildirib.

Qeyd edək ki, İngiltərə millisi noybarın 14-də Montoneqronu qəbul edəcəyi halda, 3 gün sonra Kosovonun qonağı olacaq. (report)

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
1029 səs