06/12/2019
12:44
1740
| A A A
Arsenal-dan 42 illik antirekord

Arsenal-ın uğursuz seriyası davam edir.

Goal.az xəbər verir ki, ötən gecə Premyer Liqanın 15-ci turunda evdə Brighton-a uduzan London klubunun qələbəsiz oyunlar seriyası 9-a çatıb. “Topçular” sonuncu dəfə 1976-1977 mövsümündə belə uğursuzluğa düçar olub.

Qeyd edək ki, Arsenal hazırda 19 xalla 10-cu pillədə qərarlaşıb.