07/12/2019
13:44
1819
| A A A
Moyes keçmiş klubuna qayıdır

Marko Silva ilə yollarını ayıran Everton-da boş qalan posta əsas namizəd məlum olub.

Goal.az xəbər verir ki, Liverpul təmsilçisinin “sükan”ı Devid Moyesə tapşırıla bilər. Bu barədə Britaniya mətbuatı məlumat yayıb. Xəbərdə, Everton rəhbərliyinin daha əvvəl komandada çalışan Moyesi baş məşqçi postuna gətirmək istədiyi bildirilir.

Moyes 2002-2013-cü illər aralığında Everton-u çalışdırıb. Son klubu West Ham olan 56 yaşlı mütəxəssis hazırda işsizdir.

Qeyd edək ki, Everton İngiltərə Premyer Liqasında 15 turdan sonra 18-cı sıradadır. Mersisayd təmsilçisi son 20 ildə ilk dəfə autsayderlər qrupunda qərarlaşıb.