09/12/2019
17:58
2142
| A A A
Premyer Liqa təmsilçisi 120 illik rekordu təkrarladı

Sheffield United İngiltərə Premyer Liqasının 16-cı turunda səfərdə Norwich-i məğlub edib.

Goal.az xəbər verir ki, 2:1 hesabıyla bitən qarşılaşmada Sheffield United 120 illik klub rekordunu yeniləyib. Belə ki, Kris Uaylderin rəhbərlik etdiyi kollektiv son 8 səfər matçıdır ki, məğlub olmur. Komanda bu oyunlarda 2 qələbə qazanıb və 6 heç-heçə edib.

Sheffield United sonuncu dəfə 1899/1900 mövsümündə, İngiltərənin yüksək divizionunda ardıcıl 8 səfər matçında məğlub olmamışdı.

Qeyd edək ki, Sheffiled United hazırda Premyer Liqada 22 xalla 8-ci sıradadır.