17/01/2020
15:58
2855
| A A A
Manchester United-də yeni kapitan

Manchester United-in baş məşqçisi Ule Qunnar Sulşer Premyer Liqanın 23-cü turunda qarşılaşacaqları Liverpool-la oyunöncəsi keçirilən mətbuat konfransında komandanın yeni kapitanının adını açıqlayıb.

Goal.az xəbər verir ki, 46 yaşlı mütəxəssis kapitanlıq sarğısının artıq komandanın müdafiəçisi Harri Maquayra həvalə olunduğunu bildirib.

Daha öncə kapitanlıq sarğısı komandanın digər müdafiəçisi Eşli Yanqa məxsus idi. Lakin artıq onun İtaliya İnter-inə keçidi gözlənildiyi üçün kapitanlıq statusu Yanqın əlindən alınıb.

Qeyd edək ki, Liverpool - Manchester United oyunu yanvarın 19-da keçiriləcək.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
18387 səs